Parisdəki terrorda Mossad izi – Şok iddia

8-01-2015, 22:58   
Parisdəki terrorda Mossad izi – Şok iddia
Fransanın paytaxtı Parisdə "Şarli Hebdo" (“Charlie Hebdo”) satirik jurnalının redaksiyasında törədilən terror aktı ilə bağlı şok iddia irəli sürülüb.

Publika.az-ın məlumatına görə, “Free Gaza” hərəkatının sözçüsü Qreta Berlin Parisdəki terror aktının İsrailin kəşfiyyat təşkilatı Mossad tərəfindən həyata keçirildiyini iddia edib.

“Free Gaza” hərəkətinin nümayəndəsi bu barədə özünün Feysbuk səhifəsində bildirib.

“Bu terror aktı Mossad təşkilatının bir müddət əvvəl Fələstinlə Fransa arasında imzalanmış sazişinə cavabıdır. Ümid etmək qalır ki, fransız polisi terror aktını İsrail kəşfiyyatının həyata keçirdiyini anlayacaq və hücumun müsəlmanlar tərəfindən edildiyini güman etməyəcəklər. Çünki Fransa onların dostudur. Axı İsrail Fransaya xəbərdarlıq edirdi ki, Fələstinə səs verəcəkləri halda bunun ciddi nəticələr olacaq. Hətta dördyaşlı uşağa da aydındır ki, bu dəhşətli hücuma görə kim məsuliyyət daşıyır”, - Qreta Berlin yazıb.

Qeyd edək ki, analoji bəyanat Rusiyadan da verilib. Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov “İslamnyus” saytında dərc edilən şərhində terror aktına görə İsraili ittiham edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.