Krım: prokuror Mustafa Cəmilevin tərəfrdarlarını məhkəməyə vermək niyyətindədir

5-05-2014, 11:21   

Krım prokurorluğu krım tatarlarının bir qrupuna qarşı cinayət işi açmaq məqsədilə Rusiya İstintaq Komitəsi (SKR) və Federal Təhlükəsizlik Xidmətinə (FSB) təqdimat göndərib.
Bir qrup krım tatarı bu xalqın lideri Mustafa Cəmilevin yarmadaya daxil olmaq cəhdi göstərdiyi zaman etiraz aksiyası keçirərək iğtişaş törətməkdə ittiham olunurlar.
Krım prokuroru Natalya Poklonskaya krım tatarlarının etiraz aksiyasını "kütləvi iğtişaşlar, avtomobil yollarının bağlanması, Rusiya Federasiyasının dövlət sərhədinin pozulması ilə müşayət edilən ekstremist səciyyəli qanunsuz ictimai hərəkət" adlandırıb.
SKR və FSB prokuror Natalya Poklonskayanın bəyanatını hələlik şərh etməyiblər.
Cümə günü Mustafa Cəmilev Kiyevdən Moskvaya, oradan isə Krıma yollanmağa cəhd göstərmişdi.
Lakin Moskvada Mustafa Cəmilev Simferopol reysinə buraxılmamışdı.
Səhərisi gün o, Krıma avtomobildə daxil olmağa cəhd göstərərkən, 5 minə yaxım krım tatarı onu qarşılamaq üçün Krım tərəfindən sərhəd keçid məntəqəsinə toplaşıb.
Lakin Cəmilev yenidən Krım ərazisinə buraxılmayıb.
Bundan sonra Cəmilev tərəfardarları ilə sərhədçilər arasında toqquşma baş verib.
Krım tatarları Məclisi, Ukrayna və Türkiyə rəsmiləri, Cəmilevin Krıma buraxılmamasını pisləyiblər.
Cəmilevin özü isə deyib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onun Krıma buraxılması məsələsini Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət yolu ilə həll edəcəyinə söz verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.