Ukraynanın dostları Putinin agenti çıxdı

9-01-2015, 10:50   

“Son bir il ərzində Ukraynanın dostları satqın çıxdı”. Axar.az xəbər verir ki, bu fikirlər "Xvilya" saytında Sergey Şinkarenkonun məqaləsində qeyd edilib. Məqalədə iddia edilir ki, YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski Maydanda həlak olanların xatirəsi üçün çələng daşıyırdı, sonra isə Putin əleyhinə fikirlər irəli sürürdü. Həmçinin məqalədə Ukraynanın dostu hesab edilən prezidentin eks-məsləhətçisi Andrey İllarionovun isə Putinin agenti olduğu qeyd edilir. Ümumiyyətlə, Putin hakimiyyətində təmsil olunanların hər birinin cəsus olduğu irəli sürülür. Məqalədə qeyd edilir: "İllarionov ötən ilin Ukrayna böhranını ən böyük hadisə kimi dəyərləndirdi. Ancaq öz şəxsi bloqunda Rusiya iqtisadiyyatında strukturun yenidən qurulmasından və sənayedə aşkar canlanma olduğundan yazır. Maraq çəkən məqam isə budur ki, İllarionovun Ukraynanın dostu olmasından Putin istifadə edib: 1. Krımın işğalının başlanğıcını İllarionov qoydu. Belə ki, "Ukraynanın ehtiyacı" adı altında hərbi əməliyyatın başlanmasına yol açdı. 2. İllarionov Minsk razılaşmasını Putinin uğuru adlandırdı. 3. Sabiq məsləhətçi elə təəssürat yaradır ki, Qərb Ukraynanı qurban verdi. 4. İllarionov Ukraynanın Rusiyaya ödəniş etməsi üçün daim təzyiqi artırır. Ukraynanın ödəniş etməsi, tamamilə Putindən (3 milyard) asılıdır. 5. Putinin casusu təcili radikal islahatlar keçirməyi təklif edir. Konkret islahatlar təklif etmir, yalnız büdcə xərclərinin əhəmiyyətli ixtisarına təkid edir"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.