Əfqanıstanın cənubundakı Əzan bölgəsində İŞİD terrorçuları ilə Taliban arasında qarşıdurma yaranıb.
Axar.az xəbər verir ki, Helmand bölgəsinin rəsmisi Ömər Zuak açıqlamasında Əzanda yaşayan sakinlərin həmin ərazidə İŞİD terrorçularının olması ilə bağlı şikayət etdiklərini bildirib.
Ömər Zuakın sözlərinə görə, Talibanla İŞİD arasında baş verən döyüş zamanı 50 Taliban döyüşçüsü öldürülüb, 20-si isə yaralanıb.
Taliban sözçüsü Zəbiullah Mücahid isə məsələ ilə bağlı verdiyi açıqlamada İŞİD-in Əfqanıstanda heç bir təsirinin olmadığını deyərək, baş vermiş döyüşü təsdiqləməyib.