İnterpol keçmiş prezidenti axtarmağa başladı – Rəsmi

12-01-2015, 17:00   
İnterpol keçmiş prezidenti axtarmağa başladı – Rəsmi
İnterpolun rəsmi saytında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin axtarışı haqqında informasiya yayımlanıb.

Axar.az xəbər verir ki, eks-dövlət başçısını Ukrayna məhkəməsi “cəzadan yayındığı” üçün axtarır. O, dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna DİN başçısı Arsen Avakov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, oğlu Aleksandr və keçmiş baş nazir Nikolay Azarovun İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verildiyini bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.