Yanukoviç və oğlu beynəlxalq axtarışa verildi

12-01-2015, 19:13   
Yanukoviç və oğlu beynəlxalq axtarışa verildi
İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç haqda beynəlxalq axtarış elan edib.

Musavat.com-un məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yer alan xəbərdə deyilir.

Yanukoviç Ukrayna Ali Məhkəməsinin təşəbbüsü əsasında İnterpolun axtarış siyahısına salınıb. Keçmiş dövlət başçısı öz vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Xəbəri Ukraynanın daxili işlər naziri Arsen Avakov da öz facebook səhifəsində təsdiqləyib.

Bundan əlavə, o, beynəlxalq axtarışa verilmiş başqa keçmiş vəzifəlilərin və Yanukovimin doğmalarının da adını çəkib.

Belə ki, İnterpolun axtardığı şəxslər arasında Yanikoviçin oğlu Aleksandrın və sabiq baş nazir Nikolay Azarovun da adları var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.