İspaniya höküməti yeni qanun layihəsi hazırlayıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, hökümət Fransada 17 nəfərin ölümü ilə nəticələnən qanlı hücumdan sonra bu qərarı qəbul etməyə məcbur olur. “Cihadçılara qarşı şok plan” adlı layihədə qonşular, müəllimlər, həkimlər kimi peşə sahibləri gördükləri radikal dindarlar barədə aidiyyatı qurumlara xəbər verə biləcəklər.Məqsəd İspaniyada yaşayan 1 milyon 500 min müsəlmanların cihadçı olmalarının qarşısını almaqdır.
İspaniya Milli Təhlükəsizlik Naziri Francisco Martínez yeni qanun layihəsi barədə ətraflı məlumat verməkdən boyun qaçırıb. O,ilk olaraq müsəlmanların daha sıx yaşadığı ərazilərdə bu qanunun tətbiq ediləcəyini açıqlayıb.