Ukrayna prezidenti Pyotr Poroşenko bu gün ölkədə növbəti səfərbərlik elan edir.
Bu barədə Ukrayna liderinin rəsmi saytında bildirilir.
"Mən növbəti səfərbərlik fərmanını imzalayacam. Əminəm ki, Ukrayna xalqı bu qərarı dəstəkləyəcək və səfərbərlik uğurla gedəcək", - deyə prezidentin bəyanatında bildirilir.
Ukrayna Daxili İşlər Nazirliyindən xatırladılıb ki, Donetsk vilayətinin Volnovaxi kəndi yaxınlığında Ukrayna hüquq-mühafizə əməkdaşlarının avtobusu atəşə tutulub.
Nəticədə 10 nəfər ölüb, 18 nəfər yaralanıb.ANS PRESS