Ermənistanda həbslər başladı: məşhur rejissor tutuldu

15-01-2015, 18:33   
Ermənistanda həbslər başladı: məşhur rejissor tutuldu


İrəvanda Rusiya səfirliyinin qarşısında keçirilən mitinqdə Ermənistanın məşhur rejissoru Tiqran Xzmalyan həsb edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı erməni mediası yayıb. Məlumatda vurğulanır ki, etirazçıların aqressivliyi və Rusiya əleyhinə şüarlar səsləndirməsi, hətta Rusiya Prezidenti Vladimir Putini Azərbaycan dilində ən ağır söyüşlə söymələri polisi hərəkətə keçirib. Erməni polisi mitinqçilərə qarşı zorakılığa və həbslərə başlayıb.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdəki 102-ci bazanın əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Permyakovun işini Rusiya tərəfinin aparması yerli əhalini hiddətləndirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.