Merkel: “İslam Almaniyaya aiddir”

15-01-2015, 19:46   
Merkel: “İslam Almaniyaya aiddir”
Almaniya kansleri Angela Merkel islamın da xristianlıq və yəhudilik kimi Almaniyaya məxsus olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, xanım Merkel müsəlmanların Almaniyada sərbst yaşamaq hüququ olduğunu bildirib:

“Biz insanların ölkədə islam qanunları çərçivəsində sərbəst yaşamasına zəmanət veririk. Fransa və Almaniya yaxın dostdur. Fransada təhlükəsizlik yoxdursa, demək, Almaniyada da təhlükəsizlik yoxdur. Hər iki ölkənin taleyi qloballaşan dünyada ayrılmaz şəkildə bir-birinə bağlıdır”.

İslam da Almaniyaya aiddir

Almaniyada xalqın böyük əksəriyyətinin islam düşməni olmadığını deyən Merkel Almaniyanın keçmiş Prezidenti Kristian Vulfdan sitat gətirib:

“İslam Almaniyaya aiddir. Bu söz bəziləri tərəfindən düzgün qəbul ediməyib. Almaniyaya aid olmaq yalnız alman pasportu daşımaq, Almaniyada bir ailəyə sahib olmaq və ya dini bir inancla məhdudlaşmaq deyil. Xristianlıq, yəhudilik də şübhəsiz Almaniyaya aiddir. Bizim xristian və yəhudi keçmişimiz var. Amma bu o demək deyil ki, biz islamı unutmalıyıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.