İraqın “Sumeriyə” telekanalı Bağdadinin vurulduğu xəbərini yayıb.
Axar.az xəbər verir ki, bu dəqiqələrdə yayılan məlumata görə, Mosulda hava hücumları zamanı İŞİD lideri Əbubəkr Bağdadi ağır yaralanıb. Onunla birlikdə Neynava xəsətxanasına onlarla ölü və yaralı gətirildiyi açıqlanıb.
Xəstəxanadan adını açıqlamayan qaynaq bildirib ki, Bağdadi ciddi nəzarət altındadır və müalicəsi davam edir. Tayfa liderlərindən olan Yunus Cuburi əlavə olaraq deyib ki, ağır yaralı olan Bağdadi əvvəlcə Neyneva xəstəxanasına, oradan isə Suriyanın Deyr əz-Zor bölgəsinə aparılıb.