Belçikada “cihadçı” qrupun üç üzvü öldürülüb.
Axar.az-ın xəbərinə görə, atışmada radikal dini qüvvələr zərərsizləşdirilib. Belçika dövlət televiziyası Verviers şəhərində baş verən hadisə ilə bağlı Brüssel Federal Məhkəməsinin rəsmi toplantı keçirəcəyini açıqlayıb. Belçikada Suriya və İraqa döyüşçü aparan təşkilat aşkarlanıb. Bu atışmalar da həmin təşkilat üzvlərinə qarşı aparılıb.
Qərb mətbuatı bu hadisəni “Avropa ikinci “Şarli Hebdo” qətliamını qabaqladı” başlığı ilə təqdim edib.