Ermənistanda mitinqdə atəş açıldı - Canlı yayım/Yenilənir

16-01-2015, 01:00   
Ermənistanda mitinqdə atəş açıldı - Canlı yayım/Yenilənir




6 erməni qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçıları mitinqi Rusiya konsulluğunun binası qarşısında keçirməyə qərar veriblər.

ANS-in məlumatına görə, "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının deputatı Martun Qriqoryan aksiya iştirakçılarına müraciət edərək mitinqi dayandırmağı istəyib.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir.

Polis əməkdaşları tərəfindən mühasirəyə alınan bina nümayişçilər girməyə çalışırlar. Polislərə daş atan atan nümayişçilərə qarşı qaz bombalarından istifadə edildiyi də bildirilir. Polisin işıq bombalarından da istifadə etdiyi görüntülərdə yer alıb.

Ermənistan hüquq-mühafizə orqanlarının aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etdiyi bildirilsə də, bu xüsusi vasitələrin nədən ibarət olduğu barədə məlumat verilmir.

Bu arada Ermənistan mətbuatı nümayişçilərin bir polisə xəsarət yetirdiyi barədə xəbər yayıblar.

***

Axar.az "Azadlıq" radiosunun erməni buraxılışına istinadla xəbər verir ki, bu dəqiqələrdə polislə mitinqçilər arasında toqquşma gedir. Mitinqçilər daş və kəsəklə polisə müqavimət göstərir, həmçinin aksiyaçılar bir polis maşınını aşırıb. Saxlanılanlar var.

***

Son məlumata görə, Gümrüdəki mitinqdə polislə toqquşmalarda 12 nəfər yaralanıb. Onlardan 8 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 4 nəfər isə hazırda xəstəxanadadır. Yaralılardan 3-ü polis işçisidir.

2015-01-16 00:37:00

Axar.az xəbər verir ki, hazırda mitinq davam edir, polislə toqquşma yenidən qızışıb. Atəş səsi eşidilir. Hadisə yerində olan jurnalistlər bununla mitinqçilərə xəbərdarlıq edildiyini bildiriblər.

Mitinqə çıxan şəxslər isə dağılışmaq fikrində deyillər...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.