Baş din xadimi: “Fransa bir həftəyə üzr istəməsə...”

16-01-2015, 18:36   
Baş din xadimi: “Fransa bir həftəyə üzr istəməsə...”
“Əgər Fransa Məhəmməd peyğəmbərin karikaturasına görə üzr istəməzsə, fransız istehsalı olan malları boykot etməyə səsləyirəm”.

Axar.az xəbər verir ki, bu sözləri Sudanın İlahiyyatçı alimlər komitəsinin başçısı Muhəmməd Osman Saleh deyib.

Qeyd edək ki, redaksiyadakı terror aktından sonra “Şarli Hebdo”nun birinci buraxılışı yanvarın 14-dən satışda olub. Nəşrin üz qabığında Məhəmməd peyğəmbərin təsviri verilib. Təsvirdəki müsəlman peyğəmbəri qəmgin halda, ağ libasdadır, əlində “Mən Şarliyəm” şüarı yazılmış lövhə tutub. Peyğəmbərin başı üzərində isə “Hər kəs bağışlanıb” yazısı yer alıb.

“Bu karikatura təkcə peyğəmbəri deyil, Yer üzündəki 1,6 milyard müsəlmanı təhqir etmək deməkdir”, - deyə Saleh “Sputnik” agentliyinə bildirib. O, eyni zamanda, həmin nömrənin 5 milyon nüsxə ilə buraxılmasını da tənqid edib.

“Fransa həftə ərzində bütün müsəlmanlardan rəsmi şəkildə üzr istəməlidir. Əgər Fransa bunu lazım bilməsə, biz bütün müsəlman ölkələrində fransız mallarının boykot edilməsi kampaniyasına başlayacağıq”, - deyə ilahiyyatçı alim bildirib.

Eyni zamanda, Saleh qeyd edib ki, dini təhqir etmədən söz azadlığına da hörmət etmək lazımdır. O, fransız jurnalistlərin qətlini də pisləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.