Suriyada oğurlanan qızlar 12 milyona azad edildi FOTO

16-01-2015, 19:37   

Suriyada keçən ilin yazında girov götürülən İtaliyalı könüllülər Greta Ramelli və Vanessa Marzullo ötən gün sərbəst buraxılıblar. Onlar bu gün səhər saatlarında öz ölkələrinə aparılıblar.

Onların azadlığa buraxılması üçün İtaliya hökumətinin 12 milyon avro fidyə ödədiyi iddia olunur. Bu iddia ilə Quzey Birliyi Partiyasının lideri Matteo Salvini çıxış edib.

Ramelli və Marzullo 2014-cü ilin 31 iyulunda Türkiyədən Suriyanın Hələbə şəhərinə keçəndən 3 gün sonra yoxa çıxmışdılar.

Onlar Romaya İtaliya hökumətinə məxsus təyyarə ilə aparılıblar. Onları xarici işlər naziri Paolo Gentiloni karşılayıb.

Gənc qızlar (20 və 21 yaş) ailələrinə təhvil verilmədən əvvəl tibbi müayinədən keçiriləcək və prokurorluqda ifadə verəcəklər.

İtaliyanın daxili işlər naziri deyib ki, onların necə azad olunduğu haqda bütün məlumatlar parlamentə veriləcək.

Qızları kimlərin oğurladığı hələ də dəqiq bəlli deyil. Onların öz hökumətlərinə azad edilmələrinə yardım üçün çağırışdan ibarət Youtube portalında yerləşdirilən videoda Əl Nusra qruplaşmasının əlində olduqları göstərilirdi. Lakin video qruplaşmanın rəsmi hesabında yerləşdirilməmişdi. İtaliya hökuməti də qızları kimlərin oğurladığı haqda heç bir açıqlama verməyib. İŞİD də İtaliyalı könüllüləri oğurladığı iddialarını rədd etmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.