Rusiyada gizli dini cərəyan gəncləri məhv edir

16-01-2015, 22:36   
Rusiyada gizli dini cərəyan gəncləri məhv edir


Rusiya kilsələrində naməlum dini cərəyan psixoloji təzyiq vasitəsi ilə öz sıralarına gəncləri cəlb edərək, onları məhv edir.

Axar.az xəbər verir ki, Zveniqorod şəhərində yerləşən kilsələrin birində dəhşətli hadisələr baş verir. Burada yeni yaranan “dini cərəyan” kilsəyə ibadət üçün gələn gəncləri öz təsirinə salır.

Moskvalı Darya Lapotina əməkdaşımıza dini cərəyanın qurbanına çevrilmiş nişanlısı Oleq Nikitin haqqında danışıb. Onun sözlərinə görə, Oleq artıq bir neçə aydır evdən gedərək bu cərəyana qoşulub və monastırda yaşayır. Oleqlə görüşmək istəyən Daryaya dini qurum üzvləri fiziki təzyiq göstərir, qıza Oleqi unutmağı tövsiyə edirlər.

Rusiya hüquq mühafizə orqanlarına müraciət edən Darya daha bir dəhşətli xəbərlə qarşılaşıb: onun nişanlısının bir böyrəyi amputasiya edilərək götürülüb və gənc hal-hazırda ölümlə çarpışır.

Darya Lapotinanın fikrincə, bu dini cərəyanın ilkin əməli deyil. Gənc qız iddia edir ki, dini qurum hesab edilən ruhani dəstə əslində insan orqanlarının alveri ilə məşğul olan güclü bandadır.

Rusiya milisinin isə əlində kifayət qədər dəlil-sübut olmadığından hər-hansı bir şəxsi cinayətə cəlb etmək mümkün olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.