İŞİD terror qruplaşması böyük müharibə mesajı verib.
ANS PRESS-in məlumatına görə, terror qruplaşmasının imamı adlandırılan Əbu Esad Ənsari Mosulda cümə xutbəsi zamanı böyük müharibənin başlayacağını deyib. O "Fars gücləri" deyə ifadə etdiyi İraq Ordusu ilə Peşmerge qüvvələrinin Mosulda böyük bir əməliyyat reallaşdıracağını təxmin etdiyini bildirib:
"Ya şəhid olacağımız, ya da qazanacağımız bu döyüşə hazır olun".
İŞİD-ə qarşı həyata keçirilən hava hücumlarının heç bir əhəmiyyət kəsb etmədiyini deyən Ənsari İraq Ordusunun Mosula doğru bir addım belə irəliləyə bilmədiyini, əksinə geri çəkildiyini sözlərinə əlavə edib.
Mosulda görülən təhlükəsizlik tədbirlərinə toxunan İŞİD "imam"ı bunun nəticəsində onlara qarşı əməliyyat keçirən qüvvələrin agentlərinin bir çoxunun tutulduğunu söyləyib.
Mənbə
ANS PRESS