Suriyanın Kobani bölgəsində terrorçularla döyüşən peşmərgə qüvvələri Türkiyəyə daxil olub.
Axar.az xəbər verir ki, 7 avtobusdan ibarət peşmərgə qüvvələri daha sonra Şanlıurfa hava limanına hərəkət edib.
Qüvvələrin xüsusi təyyarə ilə Ərbilə getməsi gözlənilir.
Xatırladaq ki, 1 aydır sözügedən bölgədə xidmət edən qüvvələr İraq Kürd Regional Rəhbərliyi tərəfindən Kobaniyə göndərilmişdi.