Parisdə terakt törətmiş terrorçularla dolayısıyla əlaqəsi olan keçmiş məhkum Böyük Britaniyada əmin-amanlıqla yaşayır.
Axar.az xəbər verir ki, Britaniya hökumət dairələri dəfələrlə Bağdad Mezianın “Britaniya cəmiyyəti üçün təhlükəli” olduğunu bildirsə də, 2009-cu ildə həbsdən azad olunduqdan sonra (Mezia 11 il həbsdə olub) DİN altı il ərzində onu Əlcəzairə deportasiya edə bilməyib.
“Deportasiya cəhdi Mezianın ərizəsinə əsasən ləğv edilmişdi. O bildirirdi ki, deportasiya onun ailə həyatına olan hüquqlarını pozur (Böyük Briyaniyada onun iki uşağı doğulub) və vətənində onu işğəncələr gözləyə bilər”.
Mezian bir vaxtlar Camel Beqal ilə əlbir işləyib, o isə öz növbəsində Parisdəki terror aktını törədən iki terrorçunun – Şerif Kuaşi və Amedi Kulibalinin müəllimi olub. Mezian və Beqal İngiltərənin Lester şəhərində bir-birinə yaxın ərazidə yaşayıblar.
DİN bildirib ki, Mezianın ölkədən deportasiyasına hər zaman cəhd göstəriləcək. Ölkənin ədliyyə naziri Kris Qreylinq etiraf edib ki, bu situasiya mənasız, boş bir şeyə əsaslanır. O, 1998-ci ildə qəbul edilmiş İnsan haqlarına dair Qanunun ləğvini tələb edib.