İŞİD azərbaycanlı komandirini edam edib

19-01-2015, 10:32   
İŞİD azərbaycanlı komandirini edam edib

İŞİD terror təşkilatı azərbaycanlı komandirlərindən birini edam edib.

APA-nın «Timetürk» saytına istinadən verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir «xarici» olması səbəbiylə edam edilib.

S. Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda döyüşdüyü, daha sonra isə Suriyaya gələrək İŞİD sıralarında döyüşdüyü bildirilir.

Bir neçə həftə əvvəl isə İŞİD Şimali Qafqazdan olan Sergey Asimov adlı bir döyüşçüsünü xarici ölkənin agenti olmasında şübhəli sayaraq edam edib.http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.