Türkiyə ərazisində İŞİD terror qruplaşmasına bağlı 3 min nəfər adam var.
Musavat.com-un məlumatına görə, bu barədə “The Hurriyet Daily” polisdəki mənbələrə istinadla xəbər verib.
Xəbərdə polisin bu adamların İŞİD iyerarxiyasında hansı yeri tutduğunu və nə dərəcədə təhlükəli olduğunu bilmək üçün onların izlənməsini vacib saydığı qeyd edilir.
Türkiyədə İŞİD tərəfdarlarının mövcudluğu ilə bağlı polis Qərb diplomatik nümayəndəliklərinə mümkün hücumlar haqda xəbərdarlıq edib. Xəbərdarlıqlar həmçinin, NATO obyektlərinə və Qərb vətəndaşlarına aiddir.
Diplomatik nümayəndəliklər ətrafında mühafizə və təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com