Ermənistanın Gümrü şəhərinə xüsusi polis qüvvələri yeridildi

19-01-2015, 20:08   
Ermənistanın Gümrü şəhərinə xüsusi polis qüvvələri yeridildi
Bu saatlarda Ermənistanın Gümrü şəhərinə polisin böyük sayda xüsusi qüvvələri yeridilib.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu anlarda onlar avtobuslardan öz silah-sursatlarını boşaldırlar.

Belə bir adımın motivi haqda məlumat verilmir. O da bildirilir ki, şəhərdəki polis heyəti rəhbərinin müavini Levon Eranosyan Rusiya hərbi qüvvələrinin komandiri ilə birgə təzəlikcə harasa çıxıb gedib. Böyük ehtimalla, onlar hərbi bazaya yollanıblar.

Şahidlərin sözlərinə görə, Gümrünün mərkəzində müəyyən mənada fövqəladə situasiya hökm sürür. Hər yerdə polis maşınlarıdır. İstisna deyil ki, hakimiyyət və hərbi baza rəhbərliyi güllənən ailənin 7-ci üzvü - 6 aylıq yaralı körpənin ölümü ilə bağlı əhalini daha güclü etirazlara qalxa biləcəyindən ehtiyat edir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.