Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi hissə daxili qaydada fövqəladə hazırlıq vəziyyətinə gətirilib.
Axar.az rus mediasına istinadla xəbər verir ki, buna səbəb Avetisyan ailəsinin 6 aylıq körpəsinin az öncə dünyasını dəyişməsi və beləliklə də Gümrüdə rus əsgərinin öldürdüyü adamların sayının 7-yə çatmasıdır.
Bu arada erməni mediası da Gümrüdə polis postlarının gücləndirildiyi haqda məlumat yayıb. Hazırlıqların səbəbi Gümrüdə yenidən əhalinin etiraza qalxması və toqquşmaların olma ehtimalıdır.
Xatırladaq ki, 12 yanvarda Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri Permyakov Gümrüdə bir ailənin 6 üzvünü öldürmüş, altı aylıq körpəni isə yaralamışdı. Bundan sonra Gümrüdəki hərbi hissənin qarşısında və İrəvandakı Rusiya səfirliyi önündə ermənilərin böyük aksiyaları keçirildi. Aksiyalarda Rusiya bayrağı ayaqlar altına atıldı, Prezident Putin ağır söyüşlərlə təhqir edildi və polislə qarşıdurmalar yaşandı. Aksiyaçılar Rusiyanın Permyakovu mühakimə etmək üçün Ermənistan hüquq mühafizə orqanlarına təhvil verməkdən imtinasına etiraz edirdilər.
Toqquşmalarda 6-sı polis olmaqla 15 bəfər yaralandı, 58 nəfər isə saxlanıldı. Saxlanılanlardan 2 tapança müsadirə olundu.