Erməni ailəsini qətlə yetirməkdə günahlandırılan rus əsgəri Valeri Permyakovun məhkəməsi Ermənistanda keçiriləcək. Lakin onu Rusiyanın Hərbi məhkəməsi mühakimə edəcək. Hökm çıxarılanda sonra isə o cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.
Ermənistan daxili işlər naziri Vladimir Qasparyan yerli radiostansiyalardan birinə müsahibəsində bildirib ki, erməni tərəfi rus əsgərinin harda gizlənnməsi barədə məlumata malik olub və həbsinddən 2 saat əvvəl ora 35 polis göndərilib. Ermənistan Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib ki, erməni tərəfi əsgərin rus hərbçiləri tərəfindən həbs edilməsini istəyirdi. Çünki ermənilərin onu tutub ruslara təhvil verməsi daha da alçaldıcı olardı.