İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, İraqın Baş nziri Heydər əl-Əbadi "əl-Həyat" qəzetinə müsahibə verib.
O bildirib ki, İŞİD terrorçularının lideri Əbu Bəkr əl-Bağdadi Suriya və İraq sərhədində yerləşən Əl-Qaim şəhərində İraq aviasiyasının endirdiyi zərbələr nəticəsində yaralanıb.
Baş nazir əlavə edib ki, Bağdadi vaxtının çox hissəsini Suriya ərazisində keçirir. O, qəzetə müsahibə zamanı marağlı açıqlama ilə çıxış edərək söyləyib ki, İŞİD təhlükəsi artdıqdan sonra əksər Qərb ölkələri başçıları daha Bəşər Əsədin prezident postundan getməsi tələbini səsləndirmirlər. "Bu, ya onların yadlarından çıxıb, ya da ki müvəqqəti olaraq bu məsələni sonraya saxlayıblar"- deyə Əbadi fikrini tamamlayıb.