Avstriyada Hz. Məhəmmədə təhqirə 2 il həbs

20-01-2015, 18:19   



Avstriyada faşistləri təbliğ edən və Hz Məhəmmədi təhqir edən bir nəfərə iki il həbs cəzası verilib.

Axar.az xəbər verir ki, prokurorluq cəzanın az olduğunu bildirərək daha ağır cəza kəsilməsini tələb edəcək.

Vyana Region Məhkəməsinin qərarı ilə 2 azadlıqdan məhkum edilən şəxsin 32 yaşlı Danimarka vətəndaşı olduğu açıqlanıb.

"Faşist təbliğatı etmə və dini təlimləri pisləmə" maddəsi ilə ittiham edilən bu şəxsin 2010-cu ildən Vyanada yaşadığı və universitetdə kimya üzrə təhsil aldığı açıqlanıb. O, özünün Feysbuk səhifəsində faşistləri təbliğ edərək Məhəmməd Peyğəmbəri təhqir edib.

Günahlandırılan danimarkalı isə mühakimənin "axmaq" olduğunu, insan hüquqlarının tapdandığını deyərək söylədiyi fikirlərin məhkəmənin yox, tarixçilərin problemi olduğunu bildirib. Buna görə də o, məhkəmənin çıxardığı hökmü qanunsuz hesab edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.