İŞİD futbola baxdığına görə 13 uşağı edam etdi

20-01-2015, 21:42   
İŞİD futbola baxdığına görə 13 uşağı edam etdi
İŞİD terrorçu qruplaşması dəhşətli qətl hadisəsi törədib.

ANS PRESS-in məlumatına görə, terrorçular bu dəfə uşaqları edaam ediblər.

Belə ki, İŞİD İraqda Asiya kuboku çərçivəsində İraq - İordaniya (1-0) oyununa baxdıqları üçün 13 uşağı edam edib. Hadisə terrorçuların nəzarəti altında olan Mosul şəhərində baş verib.

Terror qruplaşma uşaqları şəriət qaydalarını pozmaqda ittiham edərək onları güllələyiblər.

Qeyd edək ki, İŞİD İraqda və Suriyada əsasən neft yataqları ilə zəngin əraziləri ələ keçiriblər. Onlar həmin bölgələri "şəriət" qaydaları ilə idarə etdiklərini iddia edirlər. Bu qaydaları pozanları isə edam edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.