Rusiya hərbi qüvvələri Minsk razılaşmasını pozaraq Donbasın şimalında Ukrayna ordusunun mövqelərinə hücuma keçiblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-Terror Əməliyyatının mətbuat katibi Andrey Lısenko təcili verdiyi açıqlamasında deyib.
“Anti-terror qüvvələrinin şimaldakı mövqeləri rus ordusunun hücumuna məruz qalıb”, - Lısenko bildirib.