Rusiya Ukrayna sərhədinə 50 minlik ordu topladı

21-01-2015, 22:06   
Rusiya Ukrayna sərhədinə 50 minlik ordu topladı
Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynanın şərqində döyüşən rus əsgərlərinin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunda danışan Poroşenko Ukraynanın şərqində 9 min rus əsgərinin vuruşduğunu bildirib.

Poroşenko bundan əlavə Rusiyanın zirehli texnikalarının da ölkənin sərhədləri istiqamətində toplandığını vurğulayıb:

“Mənim ərazimdə 9 min rus əsgəri, 500 rus tankı, ağır artilleriya və zirehli maşınlar var”.

Rusiyanın dünyaya açar olduğunu qeyd edən Poroşenko qoşunların çıxarılmalı və sərhədlərin bağlanılmalı olduğunu vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiya ilə sərhəddə 50 min rus ordusunun cəmləşdiyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.