«Gənc və gözəl qızları seçib aparırdılar»
İraqda İŞİD-in zülmündən xilas olmuş yəzdilər təxminən 6 ay davam edən əsarət günlərindən danışıb. Yəzdilər övladlarının öldürüldüyünü, ailələrindən ayrıldıqlarını, sağlamlıqlarını itirdiklərini və xilas olduqlarına sevinə bilmədiklərini deyiblər. Əsirlikdən buraxılan 198 yəzdinin əksəriyyətinin yaşlılar olduğu diqqətdən yayınmayıb. Bəziləri işgəncəyə məruz qalmadığını, lakin əsarətdə olduqları üçün ac-susuz qaldıqlarını bildiriblər. Onlar ən çox oldürülən və itkin düşən yaxınlarına görə məyus olduqlarını dilə gətiriblər.
"Mənə dünyanın ən böyük acısını yaşatdılar”
İŞİD dən qurtulanların dəhşətli hekayəti Gənc və gözəl qızları seçib aparırdılar
Avqust ayında Şenqal rayonun cənubundakı Koço kəndində əsir alınan 60 yaşlı Bezər Xələfin gözlərinin qabağında 23 yaşlı oğlunu öldürüblər. Bezər Xələf acısını belə dilə gətirib:
"Mənə dünyanın ən böyük acısını yaşatdılar. Heç bir günahı olmayan çox gənc oğlumu gözümün qabağında öldürdülər. Sonra məni yanımdakılarla əsir götürərək Mosula apardılar. Yaşlı vəziyyətimizdə saatlarla yol getdik, yollarda pərişan olduq. Mosulda olarkən gözlərim ağrıdı. Müalicə olunmadığım üçün sol gözümü itirdim.
Ciyərimi söküb aldılar. İki oğlum da Mosulda həbsxanalarda saxlanılır. Onların aqibətindən xəbərim yoxdur. Girovluqdan xilas olduğuma sevinmədim. Bir oğlu öldürülən, iki oğlu itkin düşən bir ana necə sevinər?”
"İŞİD işinə yaramayan qoca və xəstələri buraxdı”
f6fcf7593513c526d87a489227422edf İŞİD dən qurtulanların dəhşətli hekayəti Gənc və gözəl qızları seçib aparırdılar
Bezər Xələf bildirib ki, girovluqdan azad edilənlər İŞİD-in işinə yaramayan qoca və xəstələrdir: "Gənc qız və oğlanlar hələ də əllərindədir. Onların başına gələnlərdən xəbərsizik. Xüsusən gəncləri tuturlar”.
Ailəsiylə Şenqal dağına qaçarkən İŞİD-in əlinə keçən 60 yaşlı Kinne Qasım da əri və oğlundan xəbər ala bilmədiyi üçün xilas olduğuna sevinmədiyini deyib: "Aramızda bəziləri, ağ bayraq qaldıranlara bir şey edilməyəcəyini dedi. Biz də ağ bir parça silkələdik. Ancaq İŞİD-çilər bizi mühasirəyə aldı və yanımızdakı kişilərin hamısını bizdən ayırdı. Kişiləri hara apardıqlarını bilmədik. Bizi Mosula gətirdilər. Tez-tez yerimizi dəyişirdilər. Qızlarımızı və gəlinlərimizi də başqa yerlərə göndərdilər. Sadəcə, biz xəstə və yaşlıları birlikdə saxlayırdılar”.
"Qızlarımızı bizdən ayırdılar”
25557958 İŞİD dən qurtulanların dəhşətli hekayəti Gənc və gözəl qızları seçib aparırdılar
Ayaqlarında narahatlıq olduğu üçün yeriyə bilməyən 80 yaşlı Xələf Ebdo İŞİD-in əlində hələ də minlərlə yəzdi olduğunu bildirərək deyib: "Bizə zərər vermədilər. Ancaq qızlarımızı ayırmaları bizi dərindən yaraladı. Heç kimə zərəri olmayan bu insanlardan nə istəyirlər?Bəzilərinin başlarını kəsərək öldürdüklərini gördük. Bizi sərbəst buraxanda gənclərin əsla buraxılmayacağını dedilər”.
Xələf Ebdo həmçinin qeyd edib ki, İŞİD Şenqalı ələ keçirdikdən sonra qapı-qapı gəzərək gənc qızları yığıb. Xələf Ebdo deyib: "Xoşlarına gəlməyənləri aparmırdılar. Gözəl olan qızları yığıb aparırdılar. Bir dəfə axşam gələrək 500 gənc qadını birdən apardılar. Onların arasında evli gənc qadınlar da var idi. Həyatımız boyu belə dəhşət görməmişdik”.
"Hamilə, körpə uşaqlı dinləmirdilər”
ezidi14 İŞİD dən qurtulanların dəhşətli hekayəti Gənc və gözəl qızları seçib aparırdılar
Yaşlı olduğu üçün sərbəst buraxılan qadınlardan Hazar Miraz göz yaşları içində İŞİD-in qızını, iki oğlunu, ərini və iki gəlinini qaçırdığını söyləyib.
Hazar Miraz deyib: "Kişilər bir şəkildə başlarının çarə qılar. Qızlarımızın namusuna toxundular. Hamilədir, uşağı körpədir, qulaq asmırdılar. Örtüklərini qaldırıb baxırdılar. Gözəl gördükləri hər kəsi aparırdılar”.
İŞİD yaşlı və xəstələrlə birlikdə bəzi uşaqları da girovluqdan buraxıb. Girovluqdan buraxılan 8 yaşlı Murad Xıdır ana-atasından ayrı düşdüyünü bildirib: "Girov olarkən çox qorxdum. Atam və anam yanımda deyildi. İndi haradadılar, necə tapacam bilmirəm. Aylardır heç tanımadığım adamların yanında yaşayıram”.(musavat.com)