Ermənilər etiraf etdi: 10 ölü

22-01-2015, 01:30   
Ermənilər etiraf etdi: 10 ölü

Ermənistan kütləvi informasiya vasitələrində qoşunların təmas xəttində ölən erməni əsgərlərin sayı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan tərəfi etiraf edir ki, 2015-ci il başlayandan 10 erməni hərbçisi öldürülüb.

Erməni politoloq Manvel Sarqsyanın sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması müharibənin başlayacağı qorxusunu yaradıb: "Amma savaş hələ olmayacaq. Əgər ötən ilin iyul-avqust aylarında müharibə başlamadısa, bu günlərdə təmas xəttində yaranan gərginlik savaşa çevrilməyəcək".

Qeyd edək ki, erməni kəşfiyyat-təxribat qrupu bu il başlayandan Azərbaycan Ordusunun mövqelərinə hücuma keçirlər. Lakin düşmən xeyli itki verərək geri çəkilir. Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib ki, ermənilər daha çox itki veriblər. Rəsmi açıqlamadan iki dəfə çox hərbçilərini itiriblər. Əgər Azərbaycan Ordusunun mövqelərinə hücumlarını davam etdirsələr bundan da çox itki verəcəklər. Azərbaycan Ordusu cəbhədə bütün istiqamətlərdə vəziyyətə tam nəzarət edir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.