İŞİD bu dəfə universitetdə dəhşət saçdı

22-01-2015, 21:28   
İŞİD bu dəfə universitetdə dəhşət saçdı
IŞİD terror qruplaşması bu dəfə universitet müəllimlərini qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, bu barədə İraq İnsan Haqqları Təşkilatı açıqlama yayıb. Açıqlamada deyilir ki, İŞİD Mosul Universitetindən bəzi təhsil işçilərini terror təşkilatını tanımadıqları səbəbiylə edam edib.

Açıqlamada bununla bağlı əlavə məlumat verilməyib. Bu xəbər hələlik rəsmən təsdiqlənməyib.

Terrorçular 7 iyun 2014-cü il tarixində Mosulda yerləşən Ənbar Universitetinə hücum edərək təhlükəsizlik işçilərini öldürmüş, aralarında təhsil işçiləri və tələbələr başda olmaqla çox sayda adamı girov götürmüşdü. Qruplaşma bir müddət sonra girov götürdüyü 1300 tələbəni azad etdiyini bildirmişdi.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirib. Hazırda İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.