“İŞİD təhlükəsi daha da böyümədən terrorçuları ölkəmizdən çıxarmalıyıq. Əks halda, Yaxın Şərq, Avropa və ABŞ-a qədər genişlənəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İraq Baş naziri Heydər Əl-İbadi çıxış edib.
İbadi 6 ay əvvəl İŞİD-in Bağdadı təhdid etdiyini, hətta paytaxtın sərhədlərinə qədər gəldiyini, ancaq ordunun cəsarətli addımı qarşısında geri çəkildiyini qeyd edib.
İŞİD-ə qarşı koalisiya qüvvələrinin apardığı mübarizədən danışan İbadi hava hücumlarının və maddi yardımların artırılmasının lazım olduğunu vurğulayıb.