Belçikalı siyasətçi Quranı təhqir etdi

23-01-2015, 00:07   

Flaman Mənfəəti partiyasının keçmiş lideri Filip Devinter parlament kürsüsünə çıxaraq Quranı təhqir edib.

Axar.az xəbər verir ki, partiyanın keçmiş başçısı parlamentdə çıxışı zamanı əlindəki Quranı havaya qaldıraraq, "Bir çox pisliyin səbəbi, bütün pisliklərin qaynağıdır", - deyib.

Daxili İşlər naziri Jan Jambon isə Devinterin işlətdiyi ifadələri sərt şəkildə qınayaraq onun bütün cəmiyyəti təhqir etdiyini deyib:

“Bu ölkədə bir çoxlarının böyük hörmət duyduğu və hətta müqəddəs gördüyü kitabı burada əlinizlə qaldırmısınız və bütün bu cəmiyyəti təhqir edirsiniz”.

Xatırladaq ki, irqçi və islam əleyhdarı olan keçmiş partiya sədrinin müqəddəs kitabı təhqir etməsinin yenidən gərginlik yaradacağı gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.