Putinin dəhşətli planları barədə xəbərdarlıq

23-01-2015, 01:50   
Putinin dəhşətli planları barədə xəbərdarlıq
“Bu şəhərləri bir günə ala bilər”

“ABŞ və onun müttəfiqləri Baltikyanı ölkələri Rusiyanın müdaxiləsindən qorumaq üçün öz qoşunlarını bu bölgəyə yerləşdirməlidir”.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri ( Cimmi Karter administrasiyasında-red), məşhur politoloq Zbiqnev Bjezinski deyib.

Onun sözlərinə görə Rusiya prezidenti Vladimir Putin Baltikyanı ölkələri ildırm sürəti ilə nəzarət altına almağa çalışa bilər və bununla NATO çox pis vəziyyətə düşə bilər. Ekspert bildirib ki, Vladimir Putinin bir gündə Riqa və Tallini tuta bilməsi ən faciəli ssenari hesab oluna bilər. “Demək olar ki, bu şəhərlərin tutulmasında Vladimir Putinə bir gün vaxt lazım olacaq. Bu zaman ona müqavimət göstərə bilməyəcəklər”,-deyə Bjezinski vurğulayıb.


Analitik qeyd edib ki, Rusiyanın Baltikyanı ölkələri tutduğu təqdirdə Qərb dairələri nüvə münaqişəsinin yaranması təhlükəsinə məruz qalmadan heç nə edə bilməyəcək.

Politoloqun fikrincə, vəziyyətdən çıxış üçün müəyyən güclər ilkin olaraq genişlənməlidir. “Bu genişlənmə provakasiya kimi başa düşülməməlidir. Estoniyada Amerika əsgərləri Rusiyaya müdaxiləni həyata keçirə bilməyəcək. Putin də bunu anlayacaq, amma o biləcək ki, Estoniyaya girəcəyi təqdirə Amerika əsgərləri ilə toqquşacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.