Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti 3,17% yaxud 1,47 ucuzlaşaraq 46,31 ABŞ dolları təşkil edib.
Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barreli 1,05% və ya 0,51 dollar enərək 48,52 dollara düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barrel olacağı proqnozlaşdırılır.
10:28
Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz Əl Səudun ölüm xəbərinin yayılması ilə dünya bazarında neftin qiyməti sürətlə qalxmağa başlayıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli səhərki ucuzlaşmaya zidd olaraq, dərhal 1.18 faiz bahalaşaraq 49.46 dollar olub.
WTI markalı neft isə 1.85 faiz artaraq 47.17 dollar olub.
“Blumberq” agentliyinin analitiki Sanford Bernşteyn Səudiyyə kralının ölümünün neftin qiymətini qısa müddətlik də olsa daha bir az bahalaşdıracağını deyib.