İraqın və beynəlxalq koalisiyanın silahlı qüvvələri minlərlə İŞİD üzvünü məhv edib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, həm də terror qruplaşmasının başçılarının yarısı öldürülüb.
Kerrinin sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi hərbi hava qüvvələrinin dəstəyi ilə İraq hərbçiləri İŞİD-in əlindən 700 kvadrat kilometr ərazini geri alıb.
Amma bununla yanaşı ABŞ dövlət katibi tərəfdaşlarını İŞİD-lə mübarizədə daha çox səy göstərməyə çağırıb. Onun fikrincə, bu, terrorçuların gəlirlərini azaldar və xaricdən gələn döyüşçü axınını dayandırar.
Mənbə
ANS PRESS