Erməni əsgəri ölüm ayağında

23-01-2015, 22:38   
Erməni əsgəri ölüm ayağında

Avanesyan sağaltmaq mümkün olmadığı üçün İrəvana aparırlar

Hərb Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Tavuş vilayətində yaralanan əsgər Ovannes Avanesyanı İrəvana aparırlar.

ANS PRESS-in məlumatına görə, bu haqda Berd hospitalının müdiri Edik Qriqoryan bildirib.

Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır və onu Berd rayonunda yerləşən hərbi hospitalda müalicə etmək mümükün deyil.

Qriqoryan deyib ki, axşam Avanesyan İrəvana Müdafiə Nazirliyinin Mərkəzi Klinik hospitalına aparılacaq.

Qeyd edək ki, bu gün erməni kəşfiyyat-təxribat qrupu Azərbaycan Ordusunun mövqelərinə hücum ediblər. Ermənilər xeyli itki verərək geri çəkiliblər. Xeyli sayda yaralıların olduğu bildirilir. Lakin Ermənistan Müdafiə Nazirliyi bunu gizlətməyə çalışır.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.