Erməni sənədləri Osmanlı arxivindən kağız zavoduna satılıb -Tarixi xəyanət

24-01-2015, 13:58   
Erməni sənədləri Osmanlı arxivindən kağız zavoduna satılıb -Tarixi xəyanət
Osmanlı arxiv sənədlərinin 1931-ci ildə yenidən istehsal edilmək üçün yığılan kağız qiymətinə satıldığı iddia edilib.

Musavat.com-un məlumatına görə, Bolqarıstan tarixi və erməni məsələsi ilə əlaqəli sənədlərin Bolqarıstana, oradan da Vatikana keçirilməsi ilə bağlı bir plan həyata keçirildiyi iddia edilib.

"Kilosu 3 quruşa tarix var"

“Yedikıta” tarix və mədəniyyət jurnalı yanvar sayında İstanbul Maliyyə Şöbəsinə aid 200 topa maliyyə arxivinin Bolqarıstana satılması işinin adi bir hadisə deyil, planlı və uzun sürən bir kəşfiyyatın nəticəsində baş verdiyi ilə bağlı iddialara yer verib. Osmanlı arxivi mütəxəssisi Kasım Hızlı və Kırklareli Universitetinin ədəbiyyat tarixi müəllimi dossent Rəşid Gündoğdu "Kilosu 3 quruşa tarix var" başlıqlı dosyedə diqqətçəkən məlumatlara yer verib.

Arxiv sənədləri kağız zavoduna satılıb

Yazıda xüsusiylə vurğulanır ki, çox yaxşı türkcə bilən o vaxt polkovnik olan Panço Dorefin Osmanlı arxivlərinin erməni Berger ailəsinin kağız zavoduna satılmasında mühüm rol oynayıb.

Məqalədə qeyd olunur: “Qalatasaray Liseyi məzunu olan Panço Doref Osmanlı arxivlərinə gedərək həm bolqar tarixi həm də erməni məsələsi üzərində ciddi tədqiqatlar aparıb. Tapdıqları sənədlərdən təsirlənərək Bolqarıstan hökumətilə yazışmağa başlayıb. Daha sonra yerli tərəfdaşlar taparaq arxiv sənədlərinin Bolqarıstana göndərilməsi üçün qurğu qurub”.

"Bu şüurlu bir xəyanətdir"

Məqalədə verilən məlumatları araşdıran dövlət arxivinin keçmiş baş direktoru Atilla Çətin, Panço Dorefin fəaliyyətləri və arxiv sənədlərinin satılması barədə belə deyib: “Bir bolqar polkovniki yetişdirilib. Və o maliyyə arxivi anbarlarına gələrək sənədlərin işəyaramaz olduğunu bildirib. Halbuki polkovnik gəlib uzun müddət kəşfiyyat aparıb, işbirliyi qurmağa adamlar tapıb.

Qrup mühüm sənədləri ayırıb. Maliyyə ilə razılaşıb. O zamankı dəftərdar Şəfiq Bəy və valı müavini Fazlı Güləç lə görüşüblər. Şüurlu olaraq o sənədləri alıblar. Bu şüurlu bir xəyanətdir.

Bolqarların yaxşı türkoloqları var. Onlar dərhal arxiv sənədlərinə əl qoyub, işəyararlı sənədləri ayırıb milli kitabxanalarına veriblər. Sonradan gördük ki, bolqarlar sənədlərə çox yaxşı sahib çıxıblar və bizdəkindən daha yaxşı qoruyublar. Bütün xarici ölkə türkoloqları sənədləri çox yaxşı qoruyur”.

Erməni sənədləri 40 milyona satılıb

“Yedikıta” jurnalı Osmanlı arxiv sənədlərinin Bolqarıstan tərəfindən Vatikana satılıb- satılmadığı məsələsinə də aydınlıq gətirib. Yazıda qeyd olunur ki, Manisa millət vəkili Rəfiq Şövkət Osmanlı arxiv sənədlərinin Vatikan tərəfindən satın alındığı təsdiqlənmək üçün TBMM-nə (Türkiyə Böyük Millət Məclisi) göndərib. Lakin keçmiş təhsil naziri Rəşid Qalib bu barədə rəsmi məlumat olmadığını bildirib.

Məşhur fransız jurnalı “Le Nouvel Observateur”da dərc olunan xəbərə görə, Vatikanın əlindəki Ermənilərlə bağlı sənədlərin böyük hissəsi 1931-ci ildə Bolqarıstandan alınıb.
Yazar M. Necati 23 iyul 1995-ci ildə köşə yazısında Vatikanın sənədlər üçün 40 milyon leva ödədiyini qeyd edib.

Panço Doref kimdir?

Çox yaxşı türkcəsi olan, bolqar tarixi tədqiqatçılarından Panço Doref Qalatasaray Liseyinin məzunudur. Monastır və Makedoniyanın millət vəkili olub. O dövrdə Türklərlə xristianlar arasında yaxşı münasibətlər təsis etmək üçün Osmanlı İttihad və Tərəqqi Partiyasını qurub. Heç bir uğur qazana bilməyən bu partiya isə 1910-cu ildəki silah toplama cəhdinə qarşı çıxdığına görə bağlanılıb.

Balkan müharibələrindən sonra Makedoniyada komitəçilik edən Panço Doref Bolqarıstana köçüb. Panço Doref 1928-ci ildən Osmanlı arxivində işləyib.

Əsasən Bolqarıstan tarixi və ermənistan məsələsi ilə bağlı araşdırmalar aparıb. 1931-ci ildə sənəd satışından öncə Osmanlı arxivlərində Bolqarıstan haqqında qiymətli arayışlar olduğuna dair Bolqarıstan hökumətinə məktublar yazan Panço sənədlərin satışından sonra da bu sənədlərin Bolqarıstan Milli Kitabxanasına nəqli məsələsində mühüm rol oynayıb.


Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.