Türkiyənin hər bölgəsindən minlərlə insan Məhəmməd peyğəmbərə sevgi nümayişi göstərmək üçün İstanbula gəlir.
Axar.az xəbər verir ki, İstanbulda Məhəmməd peyğəmbər üçün yürüş keçiriləcək. Parisdə nəşr edilən "Şarli Hebdo" jurnalının Məhəmməd peyğəmbər karikaturalarını yaymasına etiraz ediləcək.
"İstanbula gedirik" şüarı altında başlayan kampaniyaya iki həftə əvvəldən xeyli maraq yaranıb. Sosial mediada olan minlərlə insan Məhəmməd peyğəmbərə sevgilərini göstərmək üçün İstanbula gələcəklərini bildiriblər.
Qeyd edək ki, Məhəmməd peyğəmbərə sevgi nümayişi göstərmək üçün keçiriləcək yürüş bu gün yerli vaxtla 17:30-da, İstanbuldakı Fatih məscidindən başlayacaq.