4 Qarad məhv edildi: hərbi vəziyyət yaradılır – Müharibə

25-01-2015, 20:49   
4 Qarad məhv edildi: hərbi vəziyyət yaradılır – Müharibə
Ukrayna Prezidenti Poroşenkonun rəhbərliyi ilə bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında Anti-terror əməliyyatları mərkəzinin əhatə etdiyi ərazilərdə hərbi administrasiyanın qurulması qərara alınıb.

Axar.az Unian-a istinadla xəbər verir ki, qərar həmin ərazidə əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bundan ötrü Silahlı Qüvvələr, Milli Qvardiya və digər hərbi qurumlar üçün yeni texnika alınacaq.

TŞ iclasında Ukrayna Müdafiə naziri Stepan Poltorak Mariupolu hədəf alan 6 Qrad qurğusundan 4-nün, həmçinin 30 terrorçu və bir hərbi maşının məhv edildiyini açıqlayıb.

Şurada həmçinin Haaqa məhkəməsinə Donetsk və Luqansk separatçılarının terror təşkilatı kimi tanınması üçün müraciət edilməsinə qərar verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.