Anoreksiya müasir dövrün ən dəhşətli psixoloji xəstəliyidir. Bu, çoxlarının hesab etdiyi kimi arıqlamaq istəyi deyil, patoloji kökəlmək qorxusudur. Bu fotolar insanın özünü nə cür dəhşətli vəziyyətə sala biləcəyini göstərir. Xəstəlik həmişə eyni cür başlayır: cavan qızlar və oğlanlar bir balaca çəki atmaq, budlarının, qarınlarının ölçüsünü kiçiltmək istəyirlər, sonra isə dayana bilmirlər. Bütün anoreksiya xəstələrinin ortaq cəhəti güzgüdə öz arıqlıqlarını görə bilməmələridir.