İŞİD: "Qərb ölkələrində yeni terror aktlarına hazırlaşırıq"
İŞİD terror qruplaşması Qərb ölkələrində yeni terror aktlarına hazırlaşdığını bəyan edib.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması bu barədə internetdə audiomüraciət yayıb.
"France Presse” xəbər agentliyinin verdiyi məlumata görə, sözügedən audioyazı internetdə İŞİD terror qruplaşmasının nümayəndələri tərəfindən yerləşdirilib.
Qeyd edək ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına terror hücumu nəticəsində 12 nəfər ölmüşdü. Yanvarın 10-da Port-de-Vensenedə ticarət mərkəzində girovlar xilas edilərkən dörd nəfər ölmüşdü.