Hərbi çağırış yaşı artırılır (VİDEO)

27-01-2015, 00:00   
Hərbi çağırış yaşı artırılır (VİDEO)
Azərbaycanda 12 illik təhsil sisteminə keçid müzakirə mövzusudur
Müəllimlərin əmək haqlarının artırılması ilə bağlı dəqiq hesablama qaydası hələlik müəyyən olunmayıb, bu barədə12 illik təhsil sisteminə keçidlə bağlı Təhsil Nazirliyinin rəhbərliyi mətbuat konfransında məlumat verib.

Mətbuata yeni sistemə keçidin üstünlükləri və 12 illik təhsillə əlaqədar hərbi çağırış qaydalarına dəyişikliklər barədə də danışılıb.

ANS TV-nin məlumatına görə, beynəlxalq təcrübəyə əsaslanaraq, ölkə ərazisində 12 illik təhsil sisteminə keçidlə bağlı tədbirlər planı hazırlanacaq. Bu məqam Təhsil Strategiyasının yeni təsdiq olunmuş Fəaliyyət Planında da əksini tapıb. Təhsil Nazirliyi 12 illik təhsilə keçidin sadə proses olmayacağını əvvəlcədən bilirdi. Lakin dünya təhsil sisteminə inteqrasiya edən Azərbaycan təhsili üçün bu addım atılması vacib idi. Bəs, bu yeniliyə keçid Azərbaycan təhsil sisteminə nə verəcək?

Təhsil Şurasının sədr Əjdər Ağayevin fikrincə, orta ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarından sonra hər hansı 12 illik təhsil bitirmiş xarici ölkə vətəndaşı ilə yanaşı dünyada istədiyi hər hansı bir ali məktəbində oxuya bilər: "Buna hüquqi, bilik və təhsilin tamlığı bərabərliyi verilir. Əsas budur”.

12 illik təhsil sistemi 10 illik ümumi orta və 2 illik tam orta təhsil-lisey səviyyəsindən ibarət olacaq. Təhsil Nazirliyi mövcud kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması üçün işçi qrupu yaradacaq.

“Ümumi milli standartlar hazrlanmalıdır. Bu standartların əsasında fənlər üzrə təhsil proqramları kurrikulumlar hazırlanmalıdır“ - deyə məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib.

12 illik təhsil sisteminə keçidlə əlaqədar hərbi xidmət yaşı da dəyişdiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar