“Sportinq” və “Arsenal”ın futbolçuları İŞİD-ə qoşuldu

27-01-2015, 01:03   
“Sportinq” və “Arsenal”ın futbolçuları İŞİD-ə qoşuldu

İngiltərə mətbuatı "İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qoşulan 5 futbolçudan danışır. Belə ki, İngiltərənin "Daily Star” qəzeti birinci səhifədə "5 futbol ulduzu gizli cihadçı” başlıqlı xəbər yerləşdirib.
Xəbərdə İngiltərədən İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 5 futbolçunun başkəsən cihadçı Con ilə əlaqələrinin olduğu ehtimal edilir. Qeyd olunur ki, İngiltərə təhlükəsizlik əməkdaşları sözügedən futbolçulardan birinin İngiltərənin "Arsenal” futbol komandası ilə əlaqəsi olduğunu və İŞİD-in həyata keçirdiyi edamlarda iştirak etdiyini təxmin edir. İngilis nəşri "Arsenal”da sınaqdan keçmək üçün məşq etdiyi deyilən 28 yaşlı Kelso Rodriges Kostanın şübhəli futbolçulardan biri olduğunu yazıb.
Kelso Rodriges və qardaşı Edgarın (34) eyni cihadçı qrupun üzvü olduğu iddia edilir. Futbolçuların izinə düşən gizli xidmətin əməkdaşları cihadçı futbolçuların Leyton və Valthamstovda yaşayan və sonradan müsəlman olan portuqaliyalı immiqrantlar olduğunu bildirir. Onların beşinin də istedadlı futbolçu olduqları, birinin Portuqaliyanın "Sportinq” klubunun gənclər komandasında oynadığı deyilir. "Sportinq”in gənclər akademiyasında oynayan 22 yaşlı Fabio Pokas üç il əvvəl İngiltərəyə gəlib. İddialara görə, hazırda Abdurrahman Al-Andalus olaraq tanınan Pokas həvəskar liqadan peşəkar bir komandaya keçmək üzrə ikən qəflətən ortadan itdiyi deyilir.
"Futbolçu İŞİD-çilər” klubunun digər üzvü 36 yaşlı Sandronun isə ötən ilin oktyabr ayında koalisiya qüvvələrinin hücumu zamanı öldüyü təxmin edilir. (publika.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.