Mədət Quliyevin bir ayda üç “çp”si

27-01-2015, 09:45   
Mədət Quliyevin bir ayda üç “çp”si
Məhkumun qətli və həbsxanadakı doğuş qalmaqalı bitməmiş 17 saylı kalonda intihar hadisəsi baş verdi

Bakıdakı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Hadisə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən Israyıl Ismayıl oğlu Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Xəzər Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu son bir ayda Penitensiar Xidmətlə bağlı üçüncü qalmaqallı hadisədir. Bundan əvvəl 14 saylı kalonda məhkum Elşad Babayev işgəncə ilə öldürülmüşdü. Penitensiar Xidmət Elşad Babayevin ürək tutmasından öldüyünü bildirsə də, mərhumun bacısı Simuzər Babayeva qardaşının işgəncə ilə öldürüldüyünü təsdiq edən fotolar yaymışdı.


Bunun ardınca Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi gündəmi zəbt etdi. Penitensiar Xidmət hələ də bu hadisə ilə bağlı ağlabatan izahat verməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar