İŞİD-ə qoşulan rus aktyor öldürüldü

27-01-2015, 10:35   
İŞİD-ə qoşulan rus aktyor öldürüldü

Rusiyanın 31 yaşlı tanınmış aktyoru Vadim Dorofeyev Suriyada gedən döyüşlər zamanı qətlə yetirilib.

Report "Vesti.ru"ya istinadən xəbər verir ki, o, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarında döyüşüb.

2014-cü ilin yanvar ayında İslamı qəbul edən Vadim Dorofeyev bir neçə ay əvvəl həyat yoldaşı və iki uşağını xəbərdarlıq etmədən ataraq Suriyaya yollanıb və orada İŞİD-ə qoşulub.

Artistin həyat yoldaşı Yelena Dorofeyeva bildirib ki, əri "çox pis insanlarla münasibət qurub" və ötən il İslamı qəbul edib.

"O məni dilə tuturdu ki, İslamı qəbul edim və uşaqları Suriyaya aparaq. Onun məqsədi "Allah uğrunda cihad" imiş....Mən indi başa düşürəm ki, o vaxt onu "zombiləşdirmişdilər", ona görə o özünü adekvat aparmırdı, amma mən ona inanırdım", – deyə qadın bildirib.

Dorofeyev bir neçə rus filmində və serialında, eləcə də, "Yakudzanın qızı"nda çəkilib. O son rolunu "Balabol" detektiv televiziya serialında oynayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.