Fransada anti-terror əməliyyatı: Bunun hələ başlanğıc olduğu bildirilir

27-01-2015, 16:55   
Fransada anti-terror əməliyyatı: Bunun hələ başlanğıc olduğu bildirilir
“The New York Times”: “Terror şəbəkəsi aşkar edilib, 5 nəfər həbs olunub”

“The New York Times” qəzeti bildirir ki, çərşənbə axşamı Fransanın cənubundakı Lunel şəhərində polis reydi keçirilib. Əməliyyat zamanı 5 nəfər həbs olunub. Onların cihadçı qruplar şəbəkəsi ilə əlaqədar olaraq, saxlanıldığı bildirilir. Bu barədə yüksək rütbəli polis zabiti məlumat verib.

Kristof Krepin UNSA polis birliyinin mətbuat sözçüsüdür. O, bildirib ki, həbs olunanlar bir sıra gənclərin Suriyaya gedərək, İŞİD sıralarında döyüşməsini təmin edirmiş. O, həmçinin qeyd edib ki, bu əməliyyat 17 nəfərin ölümünə səbəb olmuş Paris olaylarından sonra keçirilən anti-terror əməliyyatlarının tərkib hissəsidir.

“Bu, sadəcə, başlanğıcdır”, - deyən Kristofer həbs dalğasının daha geniş olacağına da işarə vurub: “Parisdə baş verən terror aktlarından sonra biz daha ehtiyatlı olmalıyıq, gərəksiz risklərdən çəkinməliyik”.

Fransanın Lunel şəhərində cəmi 25700 nəfər yaşayır. Ötən il müəyyən edilib ki, 6 nəfər yerli müsəlman Suriyada terrorçuların sırasında döyüşərkən, öldürülüb. Şəhər rəhbərliyi xeyli düşünməli olub, öz şərabı ilə məşhur olan bu regiondan nədən bu qədər cihad tərəfdarı çıxsın?

“The New York Times” qəzetinə son müsahibəsində Lunel şəhərinin meri Klaude Aranaud şəhərdə cihadçıların geniş şəbəkəsinin olması ilə bağlı deyilənlərə şübhə ilə yanaşdığını bildirmişdi. Və vurğulamışdı ki, islamçılara qoşulanların ailələrində müəyyən problemləri ola bilər.

Şəhər rəhbərliyi indi bəyan edib ki, yerli “Əl-Baraka” məscidi ekstremistlər üçün cazibə mərkəzinə çevrilib. Məscidə bu yaxınlarda yeni rəhbər seçilib və məscidin imamı Paris terrorunu lənətləyib.

Elbəyi Həsənli,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.