Pablo Neruda qəbirdən çıxarılacaq

27-01-2015, 21:06   


Çili Nobel mükafatlı şair Pablo Nerudanın ölümünü yenidən araşdıracaq.

Axar.az xəbər verir ki, Çili hökuməti məşhur şairin zəhərləndiyinə dair dəlillər olduğuna görə şairin ölümü ilə bağlı yeni araşdırmalara başlayacaq.

Nerudanın cəsədində aparılacaq araşdırmalarda mədən və ağır metal qalıqları axtarılacaq. Beləcə, Nerudanın ölüm səbəbi təyin olunmağa çalışılacaq.

Xatırladaq ki, 1973-cü ildə ölən Nerudanın nəşi 2013-cü ildə məzarından çıxarılaraq araşdırılıb, zəhər izləri axtarılsa da, heç bir şeyə rast gəlinməyib. Auqusto Pinoçeti iqtidara gətirən hərbi çevrilişdən 12 gün sonra vəfat edən məşhur şairin rəsmi ölüm sənədində ölüm səbəbi kimi prostat xərçəngi yazılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar