Öcalan millət vəkili ola bilər - Namizədliyi gündəmdə

28-01-2015, 00:44   
Öcalan millət vəkili ola bilər - Namizədliyi gündəmdə
Türkiyədə iyunda keçiriləcək parlament seçkilərində PKK lideri Abdullah Öcalanın qardaşı oğlu Dilek Öcalan da namizəd ola bilər.

Avropa.info xəbər verir ki, Dilek Öcalan PKK-nın siyasi qolu olan HDP-dən namizəd olacaq. 10 faizlik seçki səddini aşmaq üçün fəaliyyətə keçən HDP-nin sol təmayüllü seçicilərə müraciət edəcəyi gözlənilir.

Partiya eyni zamanda CHP-ni hakimiyyətə alternativ görməyən seçicilərdən də səs almağı hesablayır. Yaxın günlərdə HDP-nin namizədlərinin siyahısı İmralıda Abdullah Öcalana təqdim olunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.